Gündəm / Siyasət / İqtisadiyyat

Son siyasi açıqlamalar dünya bazarlarına da təsirsiz ötüşməyib - Ekspert danışır

Son siyasi açıqlamalar dünya bazarlarına da təsirsiz ötüşməyib
KANAL14.az: - CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 15-də 66,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,54 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel çoxdur.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında vurğulayıb ki, ABŞ-Rusiya münasibətlərində yenidən gərginlik müşahidə olunur.

ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatların Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq edə biləcəyini, lakin bunu etməməyi qərara aldığını bəyan edib. Görünən odur ki, hələlik rəsmi Vaşinqton Moskva ilə əsas körpüləri yandırmaq niyyətində deyil. Bununla belə, son açıqlamalar dünya bazarlarına da təsirsiz ötüşməyib. Artıq Brent markalı neftin 1 barelinin qiyməti 68 dollara yaxınlaşır".

V.Bayramov qeyd edib ki, son 10 gündə neftin dünya bazar qiyməti 8 faizdən çox bahalaşıb:

"ABŞ-Rusiya münasibətlərində soyuqlaşma müşahidə edilən son 2 gündə isə "qara qızıl” 5 faiz dəyər qazanıb. Doğrudur, neftin dünya bazar qiymətindəki artımlar ABŞ və Avrozona iqtisadiyyatı ilə bağlı pozitiv mesajların gəlməsi ilə də bağlıdır. Əksər ölkələrdə pandemiyanın üçüncü dalğasının müşahidə olunmasına baxmayaraq vaksinasiya prosesi investorlarda real sektorda artımla bağlı yeni ümidlər forlamalaşdırıb. Eyni zamanda, OPEK + anlaşmasında mühafizəkar meyillərin qorunub saxlanılması və hasilatın kəskin artımına gedilməməsi də neft bazarındakı tarazlığa müsbət təsir göstərir. Hələlik qlobal valyuta bazarında "sakitlik” müşahidə olunsa da, regionun əsas dövlətlərinin milli valyutalarına dollar təzyiqi hələ də yumşalmayıb".