Gündəm / Siyasət

Sünik ermənilərinin problemi yoxdur, onlar daim türklərlə yanaşı yaşayıblar...” - Erməni deputat

Sünik ermənilərinin problemi yoxdur, onlar daim türklərlə yanaşı yaşayıblar...”
"20 iyunda Sünik sakinləri bu suala cavab verəcəklər. Kiminlə görüşürəm, çox yaxşı, çox pozitivdir”.

Kanal14.az  Moderator.az-a istinadən  xəbər verir ki, bu sözləri qəsbkar ölkənin "Qraparak” qəzeti müxbirinin "Sünik sakinlərinin Paşinyan hakimiyyətinə münasibəti necədir?” sualını cavablandırarkən Ermənistan parlamentinin "Mənim addımım” fraksiyasının Azərbaycanın tarixi Zəngəzur mahalının böyük hissəsini əhatə edən Sünik mərzindən olan deputatı Narek Qəhrəmanyan söyləyib.

Erməni deputatın digər iki suala cavabı jurnalist üçün daha gözlənilməz olub.

- Deməli, Sünikin bütün sərhəd boyu türklərlə birbaşa qonşu olmasına şərait yaratmaqla yaxşı iş görmüsünüz?

- Siz Sünikin nə vaxtdan türklərlə sərhəddə olduğunu bilirsinizmi? Bəli, Sünikdəki ermənilər həmişə türklərlə 1 metrlikdə yaşayıblar. Yetər, Sünik sakinlərinin problemləri ilə manipulyasiya etdiniz! Sünik sakinlərinin problemi yoxdur, normal gündəlik həyatlarını yaşayırlar...

-Onların həyatları 10 Noyabr razılaşmasından bəri də dəyişməyib?

- Hər beş dəqiqədə, hər dəqiqədə, günorta saat birdə əhvalımız və həyatımız dəyişə bilər. Mən belə bir suala necə cavab verə bilərəm?”

P.S. Deyəsən, Ermənistanda həyatlarını adam kimi qurmaları üçün Azərbaycan və Türkiyə ilə sülh şəraitində, dinc yanaşı yaşamaqdan savayı çıxış yolları olmadığını anlayanların sayı yavaş-yavaş artır...