Gündəm / Siyasət

“Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik” - Azərbaycan Prezidentindən MÜHÜM AÇIQLAMA


"Ermənilərin Qarabağda məskunlaşdığı ərazisinə qarşı güc tətbiq etmək planımız yoxdur. Dediyim kimi, Qarabağ münaqişəsi bitib, həll olunub”.

Kanal14.az-ın APA-ya  istinadən  məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Prezident qeyd edib ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri biz öz vətəndaşlarımız hesab edirik: "Bizim bu günə qədər göstərdiyimiz humanitar yardımlar və logistik dəstək də bu niyyətimizi göstərir”.