Gündəm / Siyasət

Ermənistan prezidenti Britaniya agentidir - Ölkə şokda

Ermənistan prezidenti Britaniya agentidir
Ermənistanda 53 vəkil Prezident Armen Sərkisyanın İngiltərə vətəndaşı olduğu və erməni xalqından bəzi özəl informasiyaları gizlədiyi ittihamı ilə prokurorluğa müraciət edib.

Teleqraf.com xəbər verir ki, 1993-1996-cı illərdə Ermənistan baş naziri postunu tutmuş Azadlıq Partiyasının sədri Qrant Baqratyan isə Prezident Sərkisyanı "Mİ6 agenti” adlandırıb.

Sərkisyanı Britaniyanın maraqlarına xidmət etməkdə ittiham edən Baqratyan onun erməni xalqına xəyanət etdiyini bildirib. Əlavə edib ki, prezident konstitusiyaya zidd və təhlükəli oyunlar oynayır.