Gündəm / Hadisə / Sosial / Təhsil

Azərbaycanlı idmançı koronavirusdan öldü

Pauerliftinq idman növü üzrə ölkə çempionu Vaqif İbrahimov koronavirusdan vəfat edib.

Bu barədə məlumatı sfera.az saytı yayıb.

İdmançı 42 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif İbrahimov COVID-19 virusuna yoluxmuşdu və müalicə alırdı. O, Cəlilabad rayonunda yaşayırdı.