Gündəm / Siyasət

Erməni deputat: “Faktiki olaraq Polad Həşimov küçəsində yaşayıram” - FOTO

 

Qatı millətçiliyi ilə tanınan Ermənistan parlamentinin müxalifətdən olan deputatı Naira Zöhrabyan öz "Feysbuk" səhifəsində maraqlı paylaşım edib.

Azpolitika  xəbər verir ki, erməni mətbuatının yer verdiyi həmin paylaşımda xanım deputat azərbaycanlıların "Google Maps" xəritələrində İrəvandakı küçələrə Vətən Müharibəsi qəhrəmanlarının adlarını verməsindən şikayətlənib.

Zöhrabyan qeyd edir ki, həmin xəritələrə müdaxilə edilərək, küçələrə azərbaycanlı döyüşçülərin adları verilib.

Və bunu az qala Azərbaycanın növbəti təcavüzü kimi qələmə verərək, hökuməti "türklərlə sülhü təbliğ etməkdə" günahlandırıb:

""Google Maps" xəritələrində azərbaycanlılar İrəvan küçələrinin adlarını öz qəhrəmanlarının adlarına dəyişdiriblər. Faktiki olaraq mən Polad Həşimovun adına olan küçədə yaşayıram. Türklərlə sülhü təbliğ etməyə davam edin".