Gündəm / Siyasət

“Azərbaycanın narazı qaldığı məqamlar var” - AÇIQLAMA


Kanal14.az xəbər verir ki, Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya rəhbəri Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq, Qarabağ ətrafında sabitləşməkdə olan vəziyyətin müzakirəsinin davam etdirilməsi təklif olunub. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, həmçinin sosial-iqtisadi inkişaf və nəqliyyat kommunikasiyalarının bərpası kimi məsələlər nəzərdən keçirilib. Bununla yanaşı, aprelin 7-də Moskvada baş tutan Rusiya-Ermənistan danışıqlarının nəticələri də nəzərə alınıb”, -deyə Kremldən yayılan məlumatda bildirilib.

Politoloq Sədrəddin Soltan "Sherg.az”a açıqlamasında telefon danışığı barədə fikirlərini bildirdi:

"Bilirsiniz ki, rəsmi Moskva Azərbaycan və Ermənistan arasında vasitəçidir. Ona görə də Rusiya prezidenti Ermənistan baş naziri ilə görüşün nəticələri barədə dövlət başçımızı məlumatlandırmalı idi.

Bundan başqa, 10 noyabr bəyanatının icrası ilə bağlı Azərbaycanın narazı qaldığı məqamlar var.

Yəqin ki, bu məsələlər də gündəmə gəlib. Həmçinin Ermənistan tərəfinin qane olmadığı amilləri Putin Azərbaycan liderinin diqqətinə çatdıra bilərdi.

Eyni zamanda "İsgəndər- M” raketinin müzakirə mövzusu olduğunu da istisna etmirəm”.