kanal14.az
kanal14.az

““İsgəndər”i atan da, satan da cəzalanmalıdır”

““İsgəndər”i atan da, satan da cəzalanmalıdır”
7-04-2021, 17:46 46 dəfə baxılıb


Şuşaya atılan "İsgəndər M” raketi ilə bağlı mübahisələr səngimir. Hər gün yeni bir iddia ortaya çıxır. Doğrudur, məsələ araşdırılır. Və, əlbəttə cinayət cəzasız qalmayacaq. Bunun Rusiyanın və ya Ermənistanın əməli olmasından asılı olmayaraq, təqsirkar cəzasını alacaq. Almalıdır da. BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev "Sherg.az”a açıqlamasında məsələni daha ətraflı şərh etdi:

""M” "İsgəndər”in ən son versiyasıdır. Bu silahın tətbiqi çox böyük fəlakətlər törədə bilər. Yəni olduqca təhlükəlidir. Odur ki, lüzumsuz və və zərurət olmadan dağıntlara səbəb olan "İsgəndər”in yaşayış yerində tətbiq edilməsi qadağandır. Şuşa kimi bir yerə sözügedən silahın atılması isə müharibə cinayətidir”.

Ə.Əliyevin sözlərinə görə, məsuliyyətə cəlb olunan tərəflərin sayı çox ola bilər:

"Ermənistan baş naziri Nikol Paşinyan raketin atıldığını etiraf edir. Nə olsun ki, partlamayıb? Bu, onları məsuliyyətdən qurtarmır. Əsas məsələ rəsmi İrəvanın "İsgəndər- M”-i hardan, necə əldə etməsidir. Bu, ciddi istintaq işidir və dəqiqliklə araşdırılmalıdır. Təkcə silahı atan yox, həm də raketi satan və ya verən tərəf beynəlxalq humanitar hüququn tələblərinə uyğun cəzalanmalıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA