Gündəm

Siyavuş Novruzov içkili idi? - “Ömrü boyu limonaddan o tərəfə bir şey qəbul etməmişəm”

Siyavuş Novruzov içkili idi?
Bu gün Musavat TV-nin canlı yayımında iştirak edən YAP-çı deputat Siyavuş Novruzov səsləndirdiyi fikirlərlə yenidən gündəm olub. Həmçinin millət vəkili davranışları ilə də sosial şəbəkələrdə özündən söz etdirməyi bacarıb. Belə ki, deputatın danışarkən tez-tez gülməsi izləyicilər arasında onun debata sərxoş halda qatılması fikrini formalaşdırıb.

Siyavuş Novruzovun opponenti, KXCP sədri Mirmahmud Mirəlioğlu məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında iddiaları təkzib edib:

"Azərbaycan mediasının inkişafı ilə bağlı bütün hərəkətləri həmişə təqdir etsəm də, belə məsələləri doğru saymıram. Əsgərlikdə olanda və s. bu kimi hallarla rastlaşmışam. Yəni bizə əsgərdə 4-5 saat icazə verərdilər, vaxt bitəndən sonra geri qayıdanların bir qisminin vəziyyətini bilirəm.

Amma mən özüm bunu bilmirəm, ömrü boyu limonatdan o tərəfə bir şey qəbul etməmişəm.

Lakin həyatda da içkili adamlar görmüş biri kimi Siyavuş bəydə elə bir şey hiss etmədim. Səsləndirilən fikirləri təkzib edirəm. Biz onun yaxınlığında əyləşmişdik və belə bir şey hiss etmədim”.