Gündəm / Mədəniyyət

Xalq artisti əməliyyat keçirdi

Xalq artisti əməliyyat keçirdi
Xalq artisti Azər Zeynalov əməliyyat olunub.

KONKRET.az xəbər verir ki, səhhəti qəfil pisləşən sənətkar açıq ürək əməliyyatı keçirib. Faktı sənətkarın ailəsindən təsdiq ediblər.

Bildirilib ki, o, hazırda danışa bilmir:"Mart ayının 10-da Azər müəllim infarkt keçirmişdi. Həkimlər onun həyatını xilas etmək üçün ürəyinin bir damarına stent qoydular.

Sonradan məsləhət olundu ki, üç ay sonra əməliyyat edilsin. Aprelin 2-də Respublika Diaqnostik Mərkəzdə açıq ürək əməliyyatı keçirdi”