Gündəm / Siyasət

Xarici diplomatlar Ağdam məscidində namaz qıldı

Ağdam Cümə məscidi
 

Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində Ağdam Cümə məscidində namaz qılıblar.

APA-nın yerli bürosunun xəbərinə görə, daimi nümayəndələr məscidə baş çəkib, namaz qılıb, dualar ediblər.

Ağdam Cümə məscidi