kanal14.az
kanal14.az

Göygöldə toy edən şəxslər məsuliyyətə cəlb olunub

Göygöldə toy edən şəxslər məsuliyyətə cəlb olunub
6-04-2021, 10:45 45 dəfə baxılıb

Göygöldə toy edən şəxslər məsuliyyətə cəlb olunub
DİA.AZ: - Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan DİA.AZ-a verilən məlumata görə Göygöl rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən "Helendorf” restoranında toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 29 nəfər saxlanılan şəxs barəsində inzibati qaydada tədbir görülüb. Restoran sahibi barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib.

Göygöldə toy edən şəxslər məsuliyyətə cəlb olunub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA