kanal14.az
kanal14.az

Bağçalar fəaliyyətini dayandırıb?

Bağçalar fəaliyyətini dayandırıb?
5-04-2021, 10:16 51 dəfə baxılıb

Bağçalar fəaliyyətini dayandırıb?
Bu gündən etibarən Bakı şəhəri üzrə uşaq bağçalarının fəaliyyəti dayandırılıb.

Bu barədə Trend-ə valideynlər bildiriblər. Qeyd olunub ki, onlara ötən gündən bağça rəhbərləri və eləcə də müəllimlər bu barədə bildiriblər.

Təhsil naziri Emin Əmrullayev bağçaların fəaliyyətinin dayandırılmaması haqqında məlumat versə də, bu barədə şəxsən bağça rəhbərlərinə heç kəs bildirməyib.

Xatırladaq ki, ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda dövlət və özəl bağçaların fəaliyyətinin dayandırılması ilə bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilməsi barədə məlumatlar yayılmışdı.

Bakı Şəhər İcra Hakimiyyəti də məlumatı təsdiqləmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA