Gündəm / Dünya / İdman

Hakim qalmaqallı penaltiyə görə həbs olundu - VİDEO

Hakim qalmaqallı penaltiyə görə həbs olundu - VİDEO
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

 

Futbol hakimi Srdjan Obradoviç korrupsiya ittihamı ilə 15 ay həbs cəzasına məhkum edilib.
 
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Serbiya Ali Məhkəməsinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi hakimi üç il əvvəl etdiyi hərəkətlərə görə cəzalandırıb. Məhkəmədə qalmaqallı oyuna qatılan oyunçulardan biri də iştirak edib.

Həbslə yanaşı, Obradoviç də 10 illik futboldan məhrumetmə ilə üzləşib. Beləliklə, hakim 2018-ci ildə oyundakı iki qalmaqallı penaltiyə görə cəzalandırılıb.

Obradoviç Serbiya çempionatının pley-off mərhələsində "Rodniçki” və "Spartak” arasında oyuna hakimlik edib. Hakimin "Rodniçka”nın qapısına təyin etdiyi hər iki penalti daha sonra səhv sayılıb. Bu qərarlar "Spartak”ın qələbəsinə səbəb olub və qırmızı-ağların Avropa Liqasının seçmə mərhələsinə keçməsinə imkan verib.