Gündəm / Sosial

“Uşaqpulu” verməklə problem çözülməyəcək - deputat


"Uşaqpulu məsələsinə bir qədər fərqli yanaşıram. Bu, demoqrafik böhran olduqda təşviq edilir.

KANAL14.AZ-ın Pravda.az-a istinadən   xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

E.Qədirli bildirib ki, "uşaqpulu”nun əvəzinə, mənzil şəraitinin yaxşılaşdırılması daha yaxşıdır: "İnsanlara faizsiz kreditlər verilməlidir. "Uşaqpulu” sol strategiyaya uyğundur. "Uşaqpulu” verməklə problem çözülməyəcək. Valideyn vəsaiti uşağına xərcləməyə də bilər. Amma mənzil şəraiti yaxşılaşdırılsa, nəticə əldə etmək olar”.