kanal14.az
kanal14.az

Yazılan təhqirlərə belə cavab verdi: - "Anama pis təsir edir"

Yazılan təhqirlərə belə cavab verdi: -
29-03-2021, 13:30 36 dəfə baxılıb

Yazılan təhqirlərə belə cavab verdi:
Müğənni Rüfət Axundov sosial şəbəkədə ona yazılan təhqirlərdən danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı "Hüseynova bacıları" verilişində deyib:

"Dostluğumda kim nə paylaşır bəyənirəm. Bəyənmədiyimə isə "like" qoymadan keçirəm. Hərdən oxuyuram ki, nələr yazırlar. Avropaya baxırsan, gör, orada bir məşhura mənfi rəy yazılıb? Sənətçilərini qaldırıb qoyurlar göyün bir qatına. Maşında, qolumda saat şəkil qoyuram. Nə gəldi yazırlar. 25 ildir sənətdəyəm, mənası nədir o sözləri yazmağın? Kostyumum var, geyinmişəm, kimin nəyi var sağlığına qismət. Özümdən narahat deyiləm. Hər kəsin anası, ailəsi var. Ən çox anama təsir edir, pis olur. Məndən xoşunuz gəlmirsə, baxmayın, keçin getsin. Anam oturub məni güdür, şəkil qoyanda yazır, nazik geyinmə, onu etmə. Anama çox pis təsir edir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA