Gündəm / Siyasət / Dünya

Gürcüstan TÜRKSOY-la birgə layihələr həyata keçirəcək

Gürcüstan TÜRKSOY-la birgə layihələr həyata keçirəcək

Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Düsen Kaseinovla görüşüb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfirliyindən bildirilib.

Görüşdə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, mədəniyyət, təhsil, elm və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Tərəflər TÜRKSOY-a üzv ölkələr və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında müsbət dinamikadan məmnunluq ifadə ediblər.

Görüşün sonunda qeyd olunan sahələrdə əməkdaşlıq üzrə fəal təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.