Gündəm / Hadisə

Qaxda iki bacı koronavirusdan vəfat etdi

Qaxda iki bacı koronavirusdan vəfat etdi
 

Qaxda iki bacı koronavirusdan vəfat edib.

Kanal14.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qax şəhər sakinləri, iki bacı Elmira və İlahə Vahidovalar COVID-19-dan dünyasını dəyişib. 63 yaşlı Elmira Vahidova dörd gün öncə, 48 yaşlı İlahə isə bu gün vəfat edib.

Qeyd edək ki, hər iki bacı Qax Uşaq İncəsənət məktəbində müəllim işləyirdilər.