Gündəm / Hadisə

Daşkəsəndə kişi döyülüb bıçaqlandı

Daşkəsəndə kişi döyülüb bıçaqlandı
Daşkəsən şəhərində yerli sakin mübahisə zəminində müxtəlif bədən xəsarətləri alıb.

"Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə Daşkəsən şəhərində qeydə alınıb.

Daşkəsən rayon sakini 1964-cu il təvəllüdlü İqbal İsmayılov mübahisə zəminində döyülüb və daha sonra bıçaqlanıb. O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Ona sol qabırğa üstü nahiyəsindən bir bıçaq zərbəsi endirilib. Həmçinin döyülərək üz və baş nahiyəsindən də müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır .