Gündəm / Siyasət / Dünya

Ermənistan hökuməti Seçki Məcəlləsinin dəyişdirilməsi imkanlarını nəzərdən keçirir

Ermənistan hökuməti Seçki Məcəlləsinin dəyişdirilməsi imkanlarını nəzərdən keçirir
Ermənistan hökuməti növbədənkənar parlament seçkiləri öncəsi Seçki Məcəlləsinin dəyişdirilməsi imkanlarını nəzərdən keçirir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Ədliyyə naziri Rüstəm Badasyan deyib.

"Reytinqli (majoritar) seçki sistemi bizim ölkə üçün problemlidir. Proporsional seçki sistemi ölkəmiz üçün daha yaxşıdır. Bu mənada müzakirələr və məsləhətləşmələr davam edir", nazir bildirib.

Xatırladaq ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.