Gündəm / Siyasət / Dünya

Rusiya əcnəbi tələbələrin ölkəyə girişinə icazə verdi: - Ancaq siyahı ilə...

Rusiya əcnəbi tələbələrin ölkəyə girişinə icazə verdi:
Rusiya hökuməti əcnəbi tələbələrin ölkəyə girişinə icazə verib. Ancaq bu icazə koronavirusun az yayıldığı ölkələrə şamil edilir. Bu qayda əyani tədrisin bərpası ilə bağlıdır.

Cebhe.info xəbər verir ki, bundan sonra əcnəbi tələbələrin ölkəyə girişi Təhsil və Elm Nazirliyinin hazırladığı qaydalara əsasən təşkil olunacaq.

Əcnəbi tələbələr xüsusi alqoritmdən istifadə edərək universitetlərə qayıda bilib-bilməyəcəyini təyin edəcək. Siyahı "Rospotrebnadzor” tərəfindən hazırlanacaq və ölkələrdəki vəziyyətdən asılı olaraq mütəmadi yeninəyəcək.

Tələbələrdən on gün əvvəl qayıtmaq niyyətləri barədə məlumat tələb olunacaq. Ölkəyə girş ancaq PCR testinin neqativ nəticəsi olanlara mümkündür. Ancaq 14 günlük təcrid müddəti də təyin ediləcək.