Gündəm / Siyasət

“Necə ki, Ağdam yoxdu, dünyada erməni xalqı da yoxdu...”


"Orda gördüklərimdən sonra dəhşətə gəldim və bu qərara gəlmişəm ki, dünyada erməni xalqı adlı şey yoxdur. Necə ki, Ağdam yoxdur”

Bunu Moderator.az-a açıqlamasında işğaldan azad edilmiş yerlərimizə səfər edən və doğulduğu Füzuli rayonunun Yağlıvənd kəndini ziyarət edən yazıçı Seyran Səxavət deyib. Yazıçı torpaqlarımızı xarabalığa çevirən düşmənə ziyanverici adını qoyub:

"Bizdə olan xarici diplomatiya korpusunun və jurnalistlərimizin işğaldan azad edilən ərazilərimizə getməyi daha vacibdir. Çünki jurnalistika yazıçıya baxanda çevik bir sənətdir, bu gün getdi, gördü və dərhal yazdı. Yəqin ki, yazıçılarımız da o yerlərə gedəcəklər. Mən şəxsən bir yazıçı kimi öz kəndimizə getdim. Orda gördüklərimdən sonra dəhşətə gəldim və bu qərara gəlmişəm ki, dünyada erməni xalqı adlı şey yoxdur. Necə ki, Ağdam yoxdur. Zoologiya kitabında biz orta məktəbdə oxuyanda "ziyanvericilər fəsli” var idi. Ermənilər xalq yox, həmin ziyanvericilərdir. Bunların sənət adamı da, körpəsi də, gənci də, yeniyetməsi də, yaşlısı da, bir sözlə, hamısı xəstədir. Əgər mənim sözlərimdən sonra ermənilər kimi ziyanvericilərin müalicəsinə başlasalar, hardasa 100 ildən sonra onların nəsli sağlamlaşa bilər. Bununla da gic-gic iddialar irəli sürməz, dağıdıcılıqlarından, ziyanvericilik xislətindən uzaq düşə bilərlər.

Baş redaktorlarımız Ağdama səfər edərkən ən fəal müxbirlərindən birini də özləri ilə aparmalıydılar. Axı yazını yazan o, fəhlə jurnalistdir. Bununla dünya dağılmayacaqdı ki? Ağdam 6-7 ay bundan qabaq Amerikadan uzaq idi. Amma indi Azərbaycan Yazıçılar Birliyindən İçərişəhərə qədər yaxın bir yol olub”.