Aktyor İkin Misgərli əməliyyat olundu
Tanınmış komediya aktyoru İlkin Misgərli əməliyyat olunub.
Musavat.com bildirir ki, bu barədə aktyorun özü sosial şəbəkədə məlumat yayıb. Aktyor xəstəxanadan şəkil paylaşaraq, qeyd edib:
"Həyatımda ilk dəfə əməliyyat olundum. Şükür, yaxşıyam".
İzləyicilər aktyorun paylaşımına çoxsaylı şərhlər yazaraq, Allahdan şəfa diləyiblər.
Aktyorun hansı səbəbdən əməliyyat olunması hələlik məlum deyil.