kanal14.az
kanal14.az

Əkbərovdan sonra növbə kimindir: Daha iki generalın "kitabı bağlanır" - GƏLİŞMƏ

Əkbərovdan sonra növbə kimindir: Daha iki generalın
18-03-2021, 09:00 98 dəfə baxılıb

Əkbərovdan sonra növbə kimindir: Daha iki generalın
General-leytenant Rövşən Əkbərov həbs edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. Sabiq birlik komandiri bir müddət əvvəl müdafiə naziri Zakir Həsənovun əmri ilə ehtiyata buraxılıb. Generalın həbsi Azərbaycan ordusundakı islahatların təzahürüdür. Proseslərin davamlı olacağı gözlənilir.

Generalın 20 il əvvəl törətdiyi cinayətin təfərraütı məlum olub. Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bir sıra istintaq tədbirləri yerinə yetirilib. 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilib. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.

Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib. Lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb. 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnmiş və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılıb. Aparılan iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Əkbərov Rövşən Telman oğlunun 2001-ci il mayın 31-dən 2001-ci il iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək, sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən olunub.

Məsələ barədə "Sherg.az”a danışan Qarabağ qazisi, "Qazilər. az” saytının baş redaktoru Rey Kərimoğlu da eyni fikirdədir:

"Düzü, geniş məlumata malik deyiləm. Amma keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqovun həbsi gözlənilərkən Rövşən Əkbərovun cəzalandırılması bizim bilmədiyimiz məqamların da olduğunu göstərir. Hər halda Müdafiə Nazirliyində cəzalandırılmalı xeyli adam var. Məsələn, Nəcməddin Sadıqovun bacısı oğlu Ramil Əsgərov, şimal istiqamətində korpus komandiri Xaqanı Cəbrayılov və başqaları. Hətta əsgərlər də Cəbrayılovdan gileylənərək, onun həbs edilməsini tələb edirlər. İnşallah, Azərbaycan ordusunda cinayət törətmiş, inkişafa mane olan hər kəs layiqli cəzasını alacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA