Gündəm / Siyasət

Ata Abdullayevdən XƏBƏR VAR - şikayəti təmin edilməyib

Ata Abdullayevdən XƏBƏR VAR
Videobloger Ata Abdullayev barəsində seçilən həbs qətimkan tədbiri qərarından apelyasiya şikayəti verilib.

APA-nın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən şikayət təmin edilməyib.

Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Onun barəsində Səbail Rayon Məhkəməsində 4 ay həbs qətimkan tədbiri seçilib.