kanal14.az
kanal14.az

BDU tələbələrinin təqaüdü niyə AZALDI?.. - AÇIQLAMA

BDU tələbələrinin təqaüdü niyə AZALDI?.. - AÇIQLAMA
16-03-2021, 14:00 78 dəfə baxılıb

BDU tələbələrinin təqaüdü niyə AZALDI?..
Bakı Dövlət Universiteti dünən tələbələrə fevral ayının təqaüdünü ödəyib. Amma ödənilən təqaüdlərin miqdarındakı nəzərəçarpan azalma tələbələrin narazılığı ilə qarşılanıb. Belə ki, hər bir tələbənin təqaüdündə ən azı 25-30 manat çıxılıb ki, bunun da səbəbi izah olunmayıb.

Məsələn, 110 manat "zərbəçi təqaüdü” alan tələbələrə 80 manat, 130 manat "əlaçı təqaüdü” alanlara isə 95 manat ödənilib.
Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı universitetin mətbuat katibi Günel İskəndərova ilə əlaqə saxlayıb.
Maraqlıdır ki, mətbuat katibi təqaüdlərdə heç bir azalmanın olmadığını qeyd edib:

"Təqaüdlərin verilməsində və məbləğində heç bir problem yoxdur. Sadəcə, I semestr uzadıldığına görə tələbələr fevralın ilk həftəsinin pulunu keçən ay alıblar. Digər 21 günlük müddətin təqaüdü isə dünən ödənilib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA