Gündəm / Sosial / Səhiyyə

Sərt karantin gəlir? - İnfeksionist açıqladı

Sərt karantin gəlir? - İnfeksionist açıqladı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

 

Gündəlik yoluxma sayı dördrəqəmli olarsa, məhdudlaşdırıcı tədbirlər görülə bilər.

Bunu Axar.az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, hazırkı vəziyyət karantinin tətbiqi üçün zəruri deyil:

"Mart ayında yoluxma sayında artım olması əvvəldən proqnozlaşdırılırdı. Bu ay bayramlar ayı və qeyri-iş günləri çox olduğu üçün insanlar arasında təmas artır və qapalı məkanlara daha çox üz tutulur. Buna baxmayaraq, hesab edirəm ki, hazırkı vəziyyət karantinin tətbiqini zəruri etmir. Çünki aktiv xəstə və gündəlik yoluxma sayı çox deyil. Sərtləşdirilmə tədbirləri insanların psixologiyasına, immunitetinə mənfi təsir edəcək. Yoluxma dördrəqəmli olarsa, bu zaman hansısa məhdudiyyətlər ola bilər.

Hazırda SMS-icazə sisteminin, sərt karantinin tətbiqi üçün qorxulu vəziyyət yoxdur”.