Gündəm / Siyasət

Milli Məclisin sabahkı iclasının gündəliyi DƏYİŞDİ

Milli Məclisin sabahkı iclasının gündəliyi
Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.

Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında.