Gündəm / Cəmiyyət

Astarada yol hərəkətinin təhlükəsizliyinin təmini istiqamətində tədbirlər gücləndirlib

Astarada yol hərəkətinin təhlükəsizliyinin təmini istiqamətində tədbirlər gücləndirlib
 DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan DİA.AZ-a verilən məlumata görə, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən profilaktiki işlərə davam etdirilir.

Nəqliyyat vasitələrin sayının ilbəil artması fonunda yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində, o cümlədən məktəblilərin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması və azyaşlıların həyat və sağlamlıqlarının qorunması məqsədilə polis də bir sıra tədbirlər həyata keçirir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində Astara RPŞ-nin dövlət yol polisi bölməsi və BDYPİ-nin "Siqnal” idarəsinin əməkdaşları tərəfindən təhsil müəssisələrinin yerləşdiyi ərazilər, həmçinin məktəblilərin hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb. Bura yeni yol nişanlarının qoyulması və köhnələrinin yenisi işlə əvəzlənməsi, çizgilənmə işlərinin aparılması daxildir.