kanal14.az
kanal14.az

Rus dilini bilməyən erməni deputat lağa qoyuldu - VİDEO

Rus dilini bilməyən erməni deputat lağa qoyuldu - VİDEO
13-03-2021, 11:30 92 dəfə baxılıb

 
Rus dilini bilməyən erməni deputat lağa qoyuldu
Ermənistan parlamentinin "Mənim addımım” fraksiyasından olan deputatı Vaqarşak Akobyan sosial şəbəkə və xəbər saytlarında gülüş hədəfinə çevrilib.
Azvision.az xəbər verir ki, buna səbəb deputatın rus dilində normal danışa bilməməsidir.

Erməni KİV-ləri deputatı ələ salaraq yazırlar ki, istənilən orta məktəb müəllimi rus dilində ölkəni beynəlxalq aləmdə təmsil edən Vaqarşak Akobyandan yaxşı danışır.

"İnternetdə iqtidarı təmsil edən deputatı rus dili səviyyəsinin biabırçı olması səbəbindən lağa qoyurlar. Bəlkə də adi vətəndaş olsaydı, kimsə onun bu eyibinə fikir verməzdi. Məsələnin ironiyalı tərəfi budur ki, Akopyan parlamentdə Regional və Avrasiyaya İnteqrasiya daimi Komitəsinin üzvüdür. Onun komissiyadakı funksiyalarından biri Avrasiya İqtisadi Birliyi və digər bölgə ölkələri ilə əlaqələrin təmin edilməsi, habelə ortaq sənədlərin hazırlanmasıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA