Gündəm / Siyasət

Separatçılar parçalanır: - Arutyunyana qarşı ittifaq

Separatçılar parçalanır:
Qarabağdakı separatçılar arasında narazılıq güclənib.

Axar.az xəbər verir ki, bu məlumatı "Qraparak” qəzeti yayıb.

Məlumata görə, xüsusilə Araik Arutyunyana qarşı narazılıq artıb. Vəziyyət o həddə çatıb ki, "daşnaksütyun”, "ədalət və demokratiya” adlı qondarma partiyalar Araik Arutyunyanın çağırdığı "genişlənmiş təhlükəsizlik şurası” iclasına qatılmaqdan imtina ediblər.

Onlar Arutyunyanın apardığı siyasət, "kadr dəyişiklikləri”ndən narazı olduqlarını bildiriblər.

Qeyd edək ki, separatçı-terrorçu Araik Arutyunyan Azərbaycanın Qarabağ bölgəsində rus sülhməramlılarının məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışır.