Gündəm / Cəmiyyət / Sosial

Bu əraziyə 5 ildir, telefon xətti çəkilmir - GİLEY

Bu əraziyə 5 ildir, telefon xətti çəkilmir
Qaradağ rayonu, Qızılbaş qəsəbəsinə telefon xəttinin çəkilməməsi ilə bağlı vətəndaş narazılıq edir.

Bununla bağlı rayon sakini Etibar İsayev "MediaPost"a şikayət ünvanlayıb.

"Mən rayonun Yeni Massv 3 ünvanında yaşayıram. 5 ildir şikayət edirik, hələ də telefon xətti çəkilmir. Hətta Lökbatan qəsəbəsindəki ATS-də müraciət etmişik, dəfələrlə şikayət ərizəsi yazmışıq. Bizə deyirlər ki, gözləyin, çəkiləcək. Amma hələ də iş görülmür. Hara müraciət edək bilmirik. Evdə 4 uşaq var, hamısı məktəbə gedir, telefon xətti bizim üçün vacibdir, heç kim maraqlanmır".

Məsələ ilə bağlı Qaradağ rayon ATS-dən "MediaPost"a açıqlama verilib. Bildirilib ki, bizə müraciət edildikdə həll etməyə çalışırıq:

"Həmin ərazidə yəqin ki, texniki imkan yoxdur deyə hələ də telefon xətti çəkilməyib. Abonentin bizə faydası var, əgər imkanımız varsa, nəyə görə çəkməyək? Texniki şöbə gedib, əraziyə baxış keçirir. Bunun əsasında biz də işlərə başlayırıq. Həmin abonent bizimlə əlaqə saxlasın mən bilim ki, o şikayətini kimə edib ki, baxılmayıb".