Gündəm / Siyasət

“Putinlə görüşmək istəyirəm” – Zelenski hərəkətə keçdi


Ukrayna Prezidenti Vladimir Zelenski Donbas münaqişəsinin həllinə dair Normandiya sammiti baş tutmazsa, hər liderlə ayrı-ayrılıqda görüşmək fürsəti tapacağını söyləyib.

Teleqraf.com xəbər verir ki, Zelenski münaqişənin həlli ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə də ikitərəfli danışıqlar aparmaq istədiyini bildirib.

Qeyd edək ki, Ukrayna, Almaniya, Fransa və Rusiya Normandiya formatında iştirak edir. Dörd ölkənin liderləri arasında son danışıqlar 2019-cu il dekabrın 9-da Parisdə baş tutub. Görüşdə əsirlərin dəyişdirilməsi, atəşkəs və digər məsələlər müzakirə olunub.
0