Gündəm / Sosial

Masallıda narkotacirlər saxlanılıb

Masallıda narkotacirlər saxlanılıb
 Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S.Hüseynli saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan bir ədəd sellofan torbada 1 kiloqram 70 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq psixotrop maddənin əldə olunmasında onunla əlbir olan Bakı şəhər sakini E.Abasov və Masallı rayon sakini Y.Babayev də saxlanılıb. Y.Babayevin üzərindən 20 qrama yaxın metamfetamin, E.Abasovdan isə 3 qramdan artıq tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Masallıda narkotacirlər saxlanılıb
Masallıda narkotacirlər saxlanılıb

Masallıda narkotacirlər saxlanılıb
DİA.AZ