Gündəm / Sosial

Dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edildi

Dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edildi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

"Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın təkmilləşdirilməsi, eyni zamanda dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edilir.

 

Bu haqda Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində qeyd edilib.

 

Sənəddə dispanser qeydiyyatı nəzərdə tutulan xəstəliklər üzrə dərman preparatlarının növlərinin artırılması və ya əvəzedicilərinin tətbiqi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli, 38 saylı Qərarının 2-ci bəndində nəzərdə tutulmuş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın təkmilləşdirilməsi, eyni zamanda dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif olunur.