Gündəm / Hadisə

Bakıda itkin düşən qız TAPILDI

Bakıda itkin düşən qızTAPILDI

Bakıda itkin düşən 13 yaşlı qız polislər tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 13 yaşlı Aleksandra Dünyamalızadənin evdən çıxıb və geri qayıtmaması barədə məlumat yayılıb.
Hövsan qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zamanda görülən tədbirlər nəticəsində  A.Dünyamalızadə tapılaraq ailəsinə təhvil verilib.
Ailə məsələyə operativ reaksiyaya göstərərək yetkinlik yaşına çatmayan övladlarının tapılmasına görə polis əməkdaşlarına təşəkkür ediblər.