Gündəm / Siyasət

Mübariz Mənsimov ev dustaqlığına buraxılıb

Mübariz Mənsimov ev dustaqlığına buraxılıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

 

Türkiyədə həbsdə olan "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov həbsdən buraxılıb.

Anons.az xəbər verir ki, İstanbul Məhkəməsi onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edilib.

Qərar İstanbul Cümhuriyyət Prokurorluğunun vəsatəti əsasında çıxarılıb.

Qeyd edək ki, M.Mənsimov FETÖ ilə bağlı başlanan cinayət işinin istintaqı ilə əlaqədar ötən ilin mart ayında həbs olunmuşdu.