Gündəm / Siyasət

Nazirlər Kabinetindən karantinin sərtləşdiriləcəyi məlumatına REAKSİYA

Nazirlər Kabinetindən karantinin sərtləşdiriləcəyi məlumatına
Azərbaycanda koronavirus infeksiyasının son günlər artması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi gözlənilir.

Bu barədə bəzi KİV və sosial şəbəkələrdə bildirilir.

Qeyd edilir, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə qərar verəcək.

Qərargahın brifinqi martın 13-nə təyin edilib. Brifinqdə yeni qərarlar açıqlanacaq.
Məsələyə aydınlıq gətirmək üçün Nazirlər Kabineti ilə əlaqə saxladıq.

Qurumdan bildirilib ki, hələlik bu barədə heç bir məlumat yoxdur. Brifinqin təşkil olunması barədə də məlumatın olmadığı vurğulanıb. //Baku.ws//