Gündəm / Hadisə

İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb

İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundanAPA-nın yerli bürosuna verilən məlumata görə, şəhərin Nizami küçəsində yerləşən, Ceyhun Salehlinin icarə əsasında işlətdiyi "Tac” çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub.

İcarədar C.Salehli və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.