Gündəm / Hadisə

Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanıldı

Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanıldı
 
 
 
 
 
 
 
 
 
 
 

Şamaxı Rayon Polis Şöbəsinə Çarhan kəndindəki evlərin birindən ümumi dəyəri 3200 manat olan inşaat materialları, müxtəlif məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, zərərçəkmişin həmkəndlisi Ruslan Mahmudov saxlanılıb. Araşdırma zamanı həmin şəxsin yanvar-fevral ayları ərzində Çarhan kəndi ərazisində daha 6 evdən oğurluq etdiyi məlum olub. Belə ki, R.Mahmudovun ev sahiblərinin evdə olmamasından istifadə edərək həmin ünvanlara daxil olduğu, ümumi dəyəri 5000 manata yaxın olan müxtəlif məişət əşyaları və elektrik kabelini oğurladığı müəyyən edilib. O, oğurladığı əşyaların bir qismini satıb, digərləri isə polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.