Gündəm / Mədəniyyət

Əməkdar artist insult keçirib

Əməkdar artist insult keçirib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Pərviz Bağırov xəstəxanaya yerləşdirilib.

"MediaPost” xəbər verir ki, bu haqda rejissor Şəhriyar Zeyni sosial şəbəkədə məlumat yazıb.

O bildirib ki, P.Bağırov fevralın 27-də çəkiliş vaxtı beyin insultu keçirib, hazırda 5 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsindədir.

"Hər kəsdən dua etməyi və bacardıqca köməklik etmələrini xahiş edirəm”, - rejissor paylaşımında qeyd edib.