Gündəm / İqtisadiyyat

Neft anbarlarına olan qlobal tələbat kəskin azalıb

Neft anbarlarına olan qlobal tələbat kəskin azalıb
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
 
 

Ötən il qlobal iqtisadiyyatın çökməsi artıq olan neft və neft məhsullarının saxlanılmasına ehtiyac yaradıb. Lakin qiymətlərin bərpası və neftə olan tələbatla bağlı nikbinlik neft anbarlarına olan tələbatın kəskin azalmasına gətirib çıxarıb.

"APA-Economics”in məlumatına görə, bu barədə "Reuters” "IHS Markit”ə istinadən xəbər verir.

"IHS Markit”in qiymətləndirmələrinə əsasən, fevralın axırına lövbərdə dayanan tankerlərdə 10 gündən artıq saxlanılan neftin həcmi 19,2 mln. barel təşkil edib ki, bu da ötən ilin mayında qeydə alınan pik göstəricisindən (84 mln. barel) 77% azdır.

Məlumata görə, neftin tankerlərdə saxlanılması tarifləri kəskin azalıb. Belə ki, əgər ötən ilin mayında bu göstərici 100 min dollardan yuxarı qalxırdısa (bir sutka üçün), hazırda bu göstərici 10 min dollar səviyyəsindədir.