Gündəm / Sosial

"Azərpoçt"a yeni baş direktor təyin olunub

"Azərpoçt"a yeni baş direktor təyin olunub
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 

 
 

Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC-yə yeni baş direktor təyin olunub.

MMC-dən "APA-Economics"ə verilən məlumata görə, bu vəzifəyə Əfqan Cəlilov təyinat alıb.

O, bu vəzifədə Emin Əfəndiyevi əvəz edib.

Ə. Cəlilov 2016-2020-ci illərdə "AGBank" ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib. Bu ilin fevral ayının 3-dən "Azərpoçt"da baş direktor müavini vəzifəsində çalışıb.

Bundan başqa, 2016-cı ildən dövlət şirkətində baş direktor müavini vəzifəsində çalışan Hacı Hacıyev də vəzifəsindən kənarlaşdırılıb, 2004-cü ildən baş direktorun müavini olan Sübhan Kazımov isə vəzifəsində saxlanılıb.

Qeyd edək ki, Nazim Süleymanov da ötən ay baş direktorun müavini vəzifəsinə təyin edilib.