Gündəm / Siyasət

QMİ sədri: "Erməni kilsəsi hərbə, işğala haqq qazandırma mövqeyindən çıxış edir"

QMİ sədri: "Erməni kilsəsi hərbə, işğala haqq qazandırma mövqeyindən çıxış edir"
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

 
 
 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın nüfuzlu «Le Mondе» qəzetinin müxbiri Emmanuel Qrinzpam ilə görüşüb müsahibə verib. 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qafqaz, Azərbaycan müsəlmanlarının dini lideri ilə görüş imkanını yüksək dəyərləndirən fransız jurnalist onu maraqlandıran sualları Şeyxülislam A. Paşazadəyə ünvanlayıb. Fransalı jurnalistin sualları sırasında Azərbaycanın dini modeli, ölkədə hökm sürən dinlərarası harmoniyanın təməlində duran dəyərlər, bunun tarixi aspekti və bugünkü reallıqları, dövlət-din münasibətlərinin səviyyəsi, Avropa üçün örnək ola biləcək dinlər və konfessiyalararası münasibətlər nümunəsi, məzhəblərarası anlaşma mühitini şərtləndirən səbəblər, sekulyar cəmiyyətlərdə dinin yeri, rolu və s. bu kimi məsələlər yer alıb. Fransalı jurnalist üçün xüsusi önəm kəsb edən məqamlar Azərbaycanın, Qafqazın müsəlman dini liderinin uzun onilliklər ərzində beynəlxalq miqyasda tanınan, mövqeyi dəyərləndirilən mənəvi xadim, ağsaqqal statusunda qəbul edilməsi kontekstində Şeyxülislamın şəxsiyyəti, formalaşdığı mühit ilə bağlı suallar da əksini tapıb. Tanınmış müxbir müsahibə zamanı Fransada dinlərarası münasibətlər nümunəsindən bəhs edərək, Azərbaycanla müqayisəli şəkildə, paralellər apararaq da bəzi suallar səsləndirib.

Erməni kilsəsi ilə dinlərarası əlaqələrin səviyyəsi, indiyədək baş tutmuş görüşlər, habelə 44 günlük II Qarabağ müharibəsi dövrünə dair məsələlər də fransalı media təmsilçisini maraqlandıran suallar sırasında olub.