kanal14.az
kanal14.az

İranda 4 nəfər edam olunub

İranda 4 nəfər edam olunub
2-03-2021, 11:16 39 dəfə baxılıb

İranda 4 nəfər edam olunub
 
 
 
 
 
 
 

İranda dövlətə qarşı qiyam qaldırmaqda ittiham olunan 4 nəfər edam edilib.

Ran məhkəməsi ölkənin İnsan Hüquqları Müdafiə Agentliyinin (HRANA) fəalları Casim Heydəri, Əli Hosarci, Hüseyn Silavi, Nasir Nafacian barəsində ölüm hökmü verib.

Hökm Xuzistan əyalətinin Əhvaz şəhərindəki Sepida həbsxanasında icra olunub.

Onlar 2017-ci ildə Əhvazda iki polis məntəqəsinə hücum etməkdə ittiham olunublar. Məlumata görə, Casim Heydəri, Əli Hosarci, Hüseyn Silavi bu il yanvarın 28-də edam edilən Əli Matiri ilə görüşün qadağan edilməsinə və həbsxana rəhbərliyinin onunla pis rəftarına etiraz olaraq dodaqlarını tikmişdilər.

İranın təhlükəsizlik orqanlarına yaxın mənbələr bəzi KİV təmsilçilərinə bildirib ki, yuxarıda adları qeyd olunan 4 nəfər "terrorçu fəaliyyətinə” görə edam olunublar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA