Gündəm / Siyasət

Deputatlar Əmək Məcəlləsinə dəyişiklikləri müzakirə edəcək

 Deputatlar Əmək Məcəlləsinə dəyişiklikləri müzakirə edəcək
 
 
 
 
 
 
 
 
Martın 3-də Milli Məclisin iki komitəsinin iclası keçiriləcək.

Bu barədə Oxu.Az Milli Məclisdən məlumat əldə edib.

Saat 11:00-da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dinləmə olacaq.

Dinləmə innovasiyalar və iqtisadiyyatın davamlı inkişafı mövzusundadır.

Eyni saatda parlamentin Əmək və sosial siyasət komitəsinin də iclası keçiriləcək.

İclasda Əmək Məcəlləsinə dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Məcəlləyə ümumilikdə 12 dəyişiklik nəzərdə tutulub. Dəyişikliklərin əsas mahiyyəti qeyri-rəsmi məşğulluğun aradan qaldırılması yollarının hüquqi tənzimlənməsi ilə əlaqədardır.