Gündəm / Siyasət

İranın nüvə məsələsinə beynəlxalq reaksiya

İranın nüvə məsələsinə beynəlxalq reaksiya
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

 
 
 

 
 

C.Baydenin hakimiyyətə gəlməsindən sonra İranın nüvə məsələsi ətrafında müzakirələr yenidən qızışmağa başlayıb. C.Bayden prezident kimi ilk açıqlamasını verən zaman ABŞ-İran əlaqələrinə də toxunmuşdu. Onun sözlərinə görə ABŞ İranla münasibətləri bir şərtlə normallaşdırmağa hazırdır ki, İran höküməti 2015-ci ildə BMT TŞ-nın 5 daimi üzvü və Almaniyanın iştirakı ilə imzaladığı "Birgə Hərtərəfli Fəaliyyət Planı”nın şərtlərinə əməl etsin. Təbii ki, İranın cavabı gecikmədi. İranın dini lideri Ayatullah Əli Xomnei C.Baydenin fikirlərinə cavab olaraq bildirib ki, İran bir şərtlə nüvə proqramını dayandıra bilər ki, İrana qarşı tətbiq olunan bütün sanksiyalar ləğv olunsun. 2018-ci ildə ABŞ-ın keçmiş prezidenti D.Tramp İranla imzalanmış "Birgə Hərtərəfli Fəaliyyət Planı”ndan imtina etdi. Rəsmi Vaşinqton sazişdən çıxmasını elan etdikdən sonra İrana qarşı təziqləri daha da artırmağa başladı. İran da buna cavab olaraq özünün nüvə fəaliyyətini dinc məqsədlərlə davam etdirəcəyini bildirdi. Baş vermiş hadisədən sonra İran və ABŞ arasında münasibətlər yenidən pisləşməyə başladı.

ABŞ və İran arasında baş vermiş hadisələri diqqətlə izləyən zaman bəzi suallar yaranır. İran və ABŞ arasında münasibətləri normallaşması ehtimalı varmı? İranın nüvə məsləsində BMT TŞ-nın üzvlərinin mövqeyi nədən ibarətdir? İranın nüvə məsələsi ABŞ-İsrail münasibətlərinə necə təsir edə bilər? Gerçəkdən də İran nüvə silahına malikdirmi?

Biz məsələyə bir neçə aspektdən yanaşa bilərik; ABŞ - İran arasında münasibətlərin gərginləşməsi İran İslam İnqilabından sonra başladı. Təbii ki, tərəflər arasında qarşılıqlı ittihamlar vəziyyəti daha da ağırlaşdırdı. İranın nüvə məsələsini ortaya çıxması vəziyyəti daha da ağırlaşdırdı. ABŞ İranı nüvə silahı əldə etməkdə ittham etdi və ona qarşı sanksiyaları daha da sərtləşdirdi. 2020-ci ilin yanvar ayının əvvəlində İranlı general Qasım Süleymaninin İraqda ABŞ hərbi hava qüvvələrinin zərbələri nəticəsində öldürülməsi və buna cavab olaraq ABŞ-ın İraqdakı hərbi bazalarına İran tərəfindən olunan hücumlar vəziyyəti pik həddə çatdırdı. İranın nüvə silahı əldə etmək istəyi təkçə ABŞ və İsrail tərəfində deyil, eyni zamanda S.Ərəbistanı və BMT TŞ-nın digər üzvləri tərəfindən də ciddi etirazlarlar yaradır. Baxmayaraq ki, İran hər dəfə nüvə enerjisini dinc məqsədlərlə istifadə etmək niyyətində olduğunu açıqlayır.

Rusiya BMT TŞ-da İrana qarşı sanksiyalara veto qoysa da, prinsipcə İranın nüvə silahı əldə etməsinə qarşıdır. Təbii ki, İranın nüvə silahı əldə etməsi, Rusiyanın Yaxın Şərq siyasətinə uğursuzluq gətirə bilər. Ona görə də bu məsələdə onun mövqeyi ABŞ-la üst-üstə düşdüyünü demək mümkündür.

Bu gün İran və İsrail arasında münasibətlər gərgin olaraq qalmaqdadır. İranın Yaxın Şərqdə İsrailin varlığını qəbul etməməsi tərəflər arasında ciddi gərginliyin olmasını açıq şəkildə nümayiş etdirir. İsrail görə, İran nüvə silahı əldə edəcəyi təqdirdə bu İsrail dövləti üçün ciddi təhdid yarada bilər. Ona görə də İsrail bütün imkanlardan istifadə edərək İranın nüvə fəaliyyətini dayandırmağa çalışır. ABŞ və İsrail dövlətləri arasında sıx müttəfiqlik münasibətləri möcvuddur. Yahudi lobbisinin ABŞ-ın daxili və xarici siyasətinə ciddi təsir etmək imkanlarını nəzərə alaraq demək olar ki, İranın ABŞ-la münasibətlərinin normallaşması hələki real görünmür. Əgər İran ABŞ-la münasibətləri normallaşdırmaq niyyətindədirsə, öncə İsraillə münasibətləri normallaşdırmalıdır.

İranın nüvə silahına malik olub olamamsı məsələsinə gəlicə, burada qəti fikir söyləmək mümkün deyil. MAQATE hesabatlarında yer alan məlumatlara görə nüvə enerjisi əldə etmək üçün 3.67% lazım olduğu halda, İranda zənginləşdirilmiş uran 20% -dən artıq təşkil edir. Sözügedən hesabatı əsas götürsək İran nüvə silahı əldə etmək məsələsində ciddi addımlar atdığına inanmaq olar. Yekun olaraq onu qeyd edək ki, həm region, həm də BMT TŞ-nın üzv dövlətləri İranın nüvə silahı əldə etməsinə qarşıdırlar. Onların fikirincə, İran nüvə silahı əldə edəcəyi təqdirdə nəinki region, həmçinin dünya üçün ciddi təhdid yarada bilər.

Samir Hümbətov, "Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi eksperti.