Gündəm / Siyasət

Şuşada çəkilmiş məşhur fotonun müəllifi: "Hər şey gözləmək olardı..."

Şuşada çəkilmiş məşhur fotonun müəllifi: "Hər şey gözləmək olardı..."
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 

 
 

Son günlər sosial şəbəkələrdə geniş yayılan və Şuşanın azad edildiyi gün çəkildiyi bildirilən foto ilə bağlı rejissor Cavidan Şərifov məlumat yayıb.

 

Yenicag.az xəbər verir ki, Cavidan Şərifov bildirib ki, həmin şəklin müəllif hüquqları fotoqraf Zaur Mirzəyevə aiddir.

"İdeya müəllifi isə özüməm. Bu şəkil kapitulyasiya aktından sonra çəkilib, 11 noyabr 2020-ci ildə. İmzalanan sənədə baxmayaraq ordu birləşmələri hər hansı təxribatın qarşısını almağa hazır vəziyyətdə idilər. Düşmən tərəfindən hər şey gözləmək olardı.

Bu şəkil Şuşa şəhərinin altında Xankəndinə gedən yolda çəkilib. Bu igidlər isə Şuşanı düşmənlərdən təmizləyən igidlərdir. Hazırda bir film üzərində iş gedir və ən qısa zamanda bu filmdə çox maraqlı və igidlik nümunəsi olan səhnələrin şahidi olacaqsınız”, – deyə o bildirib.