kanal14.az
kanal14.az

"Bir tərəfdən pandemiya, bir tərəfdən də soyuq bizi xəstə salıb” - "Azəriqaz"dan ŞİKAYƏT

1-03-2021, 13:01 146 dəfə baxılıb

"Bir tərəfdən pandemiya, bir tərəfdən də soyuq bizi xəstə salıb” - "Azəriqaz"dan ŞİKAYƏT
 
 
 
 
 
 
 
"Hava soyuyan kimi qazın təzyiqi azalır, nə evlər qızır, nə də yemək hazırlaya bilirik".

DİA.AZ bildirir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsinin sakinləri ünvanladıqları şikayətdə belə deyirlər.

Sakinlərdən Arif Məmmədov bildirib ki, hər payız-qış aylarında onların mavi yanacaq problemi baş qaldırır: «Adi günlərdə də qazın təzyiqi aşağı olur, elə bil şam yanır. Məhəllə dənizə yaxın olduğundan evlər nəm çəkir, bir balaca hava soyuyan kimi nəmişlikdən divarlardan su axır. Şikayətlərdən sonra qazın təzyiqi bir-iki gün düzəlsə də, sonradan yenə aşağı düşür».

Sakinlər deyirlər ki, problemin səbəbini də bilmirlər. "Azəriqaz” İstehsalat Birliyinin «qaynar xətt» xidmətinə dəfələrlə müraciət ediblər, hətta qazın təzyiqini əks etdirən görüntüləri də göndəriblər, lakin nəticəsi olmayıb.

"Bir tərəfdən pandemiya, bir tərəfdən də soyuq bizi xəstə salıb. Qazandığımızı dərmanlara, bir də kommunal xidmət haqlarına xərcləyirik. Az qalıb evdə palto ilə gəzək, yeməyi elektrik sobasında bişiririk",- sakinlərdən biri deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA