Gündəm / İqtisadiyyat

Azərbaycan içki ixracını 33% artırıb

Azərbaycan içki ixracını 33% artırıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Bu ilin yanvar ayında Azərbaycan 1,025 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 256 min dollar və yaxud 33,3% çoxdur.

Hesabat dövründə içki ixracı ümumi ixracın 0,1%-ni təşkil edib.

Ötən ay Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkiləri dəyəri isə 2,54 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 751 min dollar və yaxud 22,8 % azdır.

Hesabat dövründə içki idxalı ümumi idxalın 0,3%-ni təşkil edib.